Şəmkirli fermerdən ölkə rəhbərliyinə müraciət: - "Olmasa ən agır cəzaya hazıram..."

12:14 05-07-2019 570

"İnanmıram ki, Ermənistanın hansısa dövlət qurumu bu illər ərzində Melorasiya və Su Təsərrüfatı ASC qədər Azərbaycan iqtisadiyyatina və əməkci insanına zərbə vura bilsin"

İnanmıram ki, Ermənistanın hansısa dövlət qurumu bu illər ərzində Melorasiya və Su Təsərrüfatı ASC qədər Azərbaycan iqtisadiyyatina və əməkci insanına zərbə vura bilsin. Meliorasiya və Su Təsərrüfatı adlı bu qurumun ölkəyə vurdugu zərbə yazdıgımızdan və düşündüyümüzdən cox cox böyükdür.

Ölkə başcısi cox gec olmadan bu sahəni öz nəzarətinə götürməlidir.

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nagiyevin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin ölkə əhəmiyyətli məsələ kimi bu sahədə baş verən təxribatın və korrupsiyanın araşdırılmasına başlamasını gözləyirik.

Bu sahədə baş verən özbaşınalıqları və korrupsiyanı ortadan qaldırmaqla kənd təsərrüfatında ən azı 30-40 faiz artım olmasa ən agır cəzaya hazıram.
Şahin Nəcəfov, Tanınmış şəmkirli fermer \qlobal.az\