AĞDAŞ VƏ MİNGƏÇEVİR HƏKİMLƏRİ 10 AYLIQ KÖRPƏNİİN ÖLÜMÜNDƏ MÜQƏSSİRDİRLƏR- DƏHŞƏTLİ FAKTLAR

12:14 10-07-2019 600

Səhər tezdən kütləVi informasiya vasitələrində Mingəçevir xəstəxanasında dünyasını dəyişmiş 10 aylıq körpə baradə məlumat yayıldı.
Xəbər verilirdi ki, yüksək hərarətlə valideynləri tərəfindən Ağdaş Rayon Xəstəxanasına, oradan da Mingəçevir xəstəxanasına aparılan 10 aylıq Ağdaş rayon sakini Türkel Cavid oğlu həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Ölümün əsas səbəbi tam məlum deyil.
Faktla bağlı araşdırmalara başlıanılıb.
Daha sonra Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov açıqlama verərək bildirib ki, 2018-ci il təvəllüdlü Ağdaş rayon sakini Türkel Ələkbərlnin valideyinləri tərəfindən Ağdaş xəstəxanasından Mingəçevirə gətirilən 10 aylıq körpə faktiki ölümcül vəziyyətdə olub:

"Gecə saat 12 radələrində xəstəxanamıza daxil olan Türkel Ələkbərli dərhal uşaq reanimasiya şöbəsinə yerləşdirildi. İlkin müayinələr zamanı onda ağır tənəffüs problemi müəyyən olunmuşdu. Digər problemləri də mövcud idi. Belə deyək bizə çatdırılanadək artıq iş-işdən keçmişdi. Bununla belə həkimlərimiz uşağı xilas etmək üçün maksimum səy göstərsə də təəssüflə bildirirəm ki, onu qorumaq mümkün olmayıb. Artıq faktla bağlı məhkəmə tibbi ekspertiza aparılır. Yalnız bundan sonra daha dəqiq səbəb müəyyən olunacaq. Çünki tənəffüs problemləri də müxtəlif daxili təsirlərin təzahürü olaraq ölümə gətirib çıxara bilər".

Xeberfakt.az-a hadisənin təfərrüatları məlum olub. Azyaşlının Mingəçevirə çatdırılması zamanı Ağdaş rayon Mərkəzi xəstəxanasının da qismən günahı olub. Belə ki, ağır ölümcül vəziyyətdə olan körpə bir rayondan digər şəhərin xəstəxananasına apararkən heç bir ambulans avtomobil ayırmayıb.
Körpənin valideyni prezident İlham Əliyevə şikayət ünvanlayıb. Həmin şikayəti olduğu kimi dərc edirik:

07.07.2019-cu ildə 06.09.2018-ci il təvəllüdlü oğlum qəfil narahatlaşdığı üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım şöbəsinə apardıq.Orada olan növbətçi həkim Ata həkim övladıma ilkin olaraq bəzi iynələr vurduqdan sonar məndən bu qədər əgər istəyirsinizsə Mingəçevirə aparın orada daha yaxşı həkimlər var dedi.Məndə çarəsiz qalaraq övladımı taksi tutaraq Mingəçevir şəhər xəstəxanasına apardıq.Orada Şıxalı həkim övladımı ilkin müayinə etdikdən sonra mənə “Sizi bura niyə göndəriblər?” deyə soruşdu.Ağdaşda həkim yoxdurmu dedi. Mən də çarəsiz olaraq bilmirəm dedim.Yarım saat təxmini övladımı xəstəxanada saxladıqdan sonra məni çağıraraq oğlumun təcili olaraq Gəncə və ya Bakıya aparmaq lazım olduğunu bildirdilər.Mənə dedilər ki oğlunuz həkim nəzarətində Təcili tibbi yardım maşını ilə getməlidir. Gedin təcili tibbi yardım maşını tapın.Şoka düşdüm, elə bil mənə bazardan nəsə almağı tapşırırdılar.Cavabımda “xəstəxana buradır, mən necə tapım” dedim.
Dedilər ki ,siz ağdaşda qeydiyyatdasınız sizə maşını Ağdaş rayon xəstəxanası verməlidir.Mənsə öz növbəmdə Ağdaş rayon mərkəzi xəstəxanasının Təcili tibbi yardım şöbəsinin baş həkimi Paşayev Bəxtiyarla əlaqə saxladım.Mənə “mənlik deyil get, işinlə məşğul ol, sənə mənim nömrəmi kim verib deyərək” dəstəyi asdı.Daha sonra Ağdaş Rayon Mərkəzi Xəstəxanasının müdürir Nuru Nuriyevlə əlaqə saxladıq, lakin o da maşın verməyəcəyini deyərək telefonu söndürdü. Daha sonra cavab vermədi.
Əlacsız olaraq Mingəçevirdən Ağdaşa xəstəxanaya gəldim yenidən.Növbətçi həkim Ata həkim Nuru Nuriyevlə danışdı lakin heç bir çarə olmadı ,maşın verməyəcəyini bildirdi.Gecə saat 2 radələrində Ağdaş Rayon Prokurorluğuna üzr tutdum lakin şikayətimin ancaq səhər baxılacağını bildirdilər. Mən də Polis Şöbəsinə üz tutdum.Polis nümayəndəsi ilə xəstəxanaya getdik.Polis zabiti Ata həkimdən Nuru Nuriyevlə danişmaq istədiyini bildirdi ,lakin Ata həkim Nuru Nuriyevə zəng etməyə qorxduğunu bildirdi.Bir sözlə polisin səyləri çarəsiz qaldı.Bir ayağım Mingəçevirdə qaldığı üçün mən yenidən heç bir nəticə əldə etmədən saat 3 radələrində Mingəçevirə qayıtdım.

Mingəçevir xəstəxanasında Şıxalı həkimdən baş həkimin çağırılmasını tələb etdim, lakin onun nömrəsinin olmadığını bizə bildirdilər.Bütün qaynar xətlərə zəng etdim ,lakin hec birindən nəticə əldə edə bilmədim.
Şıxalı həkim sonradan maşın verilməyəcək deyərək uşağın yaxşıya doğru getdiyini bildirdi və “burada qalsın səhər apararsınız” dedi.

“Əgər buradan çıxarsanız övladınız öləcək” deyəndən sonra biz də razılıq verdik .Amma səhər tezdən mənə övladımın cansız bədənini verdilər.Daha doğrusu Şıxalı həki saat 04:05 radələrində uşağın normal olduğunu dedi ,lakin yanında 3 nəfər mühafizə ilə gəlməsindən şübhə edərək reanimasiyya qalxım.
Bir zülümlə övladımın nəfəs almadığını gördüm .Həkim israrla mənə dərman veririk deməsinə baxmayaraq övladımın artıq bir cənnət quşu olduğunu anladım.Bir az özümə gəldikdən sonra 102 qaynar xəttini və Baş Prokuruolğun qaynar xəttlərini yığdım.Ondan sonra Mingəçevir şəhər polis şöbəsinin nümayəndələri və prokuratura müstəntiqləri gədlilər.Lakin Şıxalı həkim övladımın öldüyünü heç kimə məruzə etmədi.
Mənim məlumatlarım olmasaydı bəlkə də bu məsələni hansısa yolla ört -basdır etmək niyyətində idilər.Daha sonra həkimdən övladımın ölüm səbəbinin yazmasını istəyirəm tələb edirəm dedim. Lakin o mənə səbəbi bilmədiyini dedi.
Əgər səbəbini bilmirdisə niyə övladımı gecə orada saxlayırdı kı ? Müstəntiqlə görüşdən sonra həkim “Tənəffüs çatmamazlığı” diaqonzu qoydu.Lakin mən pataloji anatomiya tələb edim.Bəzi analızlər alındı, 15 gündən sonra cavab olacağını mənə bildirdilər.Övladımım cansız bədənini Morqdan təhvil alaraq Ağdaş rayonuna qayıtdım.
Cənab prezident sizin Səhiyyəmizə ayırdığınız milyolnların hesabına yeni tikilmiş Ağdaş Rayon Xəstəxanasının həyətinə dayanan onlarla Təcili tibbi yardım maşınları,Mingəçevir Şəhər xəstəxanasının maşınları nəyə gərəkdir?
İmza: Ələkbərov Cavid”

P.S Qarşı tərəfi dinləyə bilərik.

Xeberfakt.az