Şəkidə mikroavtobus aşdı: yaralılar var - Foto

13:35 10-07-2019 305

Şəki-Bakı xətti üzrə hərəkət edən mikroavtobus aşıb, xəsarət alanlar var.

Report-un məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

İdarəetmədən çıxan mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində yaralılar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.