Azərbaycanda gənc qız qarpız yedi, öldü

11:43 11-07-2019 455

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümlə nəticələnib.

APA-nın məlumata görə, bədbəxt hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəmilə Əlizadə səhhəti pisləşdiyi üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qadın qarpızdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.