Dənizçilər yataqxanasında təhlükəli vəziyyət (FOTOLAR)

12:41 11-07-2019 29

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr 5 ünvanında yerləşən dənizçilər yataqxanasında yaşayan sakinlər acınacaqlı vəziyyətdə yaşayır.

MilliYol.Az “Yeni Gündəm”ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, məskunlaşdıqları yataqxana qəzalı vəziyyətdədir, hər an uçub dağıla bilər. Müvafiq dövlət qurumlarının da bundan xəbəri var, lakin insanların taleyinə biganə yanaşılır:

“Neçə illərdir ki, yataqxanada dözülməz şəraitdə yaşayırıq. Əgər buna yaşamaq demək olarsa… Dözülməz yaşayış şəraitimizlə bağlı illərdir problemlər yarandıqca, yuxarılara çəkilişlə,saytlarla müraciət etmişik. Düşünürük ki, niyə dərdimizə əlac edən yoxdur? Fikirləşirik ki, bəlkə yuxarılara müraciət etməyimizlə aidiyyəti qrumlar bunu adi hal kimi qəbul edirlər? Heç soruşan varmı ki, ey yataqxana sakinləri, nədir sizin dərdiniz, nə istəyirsiniz?Söhbət Yasamal rayonu, İnşaatçılar pr 5 ünvanındakı dənizçilər yataqxanasında ağır və dözülməz şəraitdə yaşamağımızdan gedir. Halbuki, bura daha çox cəhənnəmi xatırladır. Yataqxanada 60-dan çox ailə yaşayır, bunlardan qaçqın və məcburi köçkün ailələri, qalanları isə yerli sakinlərdir. Yataqxananın qəzalı və dözülməz şəraitdə olması səbəbindən yaşamaq uğrunda mübarizə aparırıq.

Hal-hazırda qəzalı vəziyyətdədir. bloklarda, divarlarda,ayaqyolunda çatlar çürümələr əmələ gəlib. Yağışlı havalarda, xüsusi ilə də qış aylarında yataqxananın divarları nəmişlənir. Çat əmələ gələn divarlarda hər an uçma təhlükəsi var. Kanalizasiya, su xəttləri sıradan çıxıb,tez-tez sakinlər tərəfindən dəyişilir. Yasamal rayonu Mənzil-Kommunal İstismar İdarəsi tərəfindən cəlb olunan əməkdaşlar bir neçə dəfə sadə yolla çirkab sularının qarşısını alsalar belə, həmin vəziyyət yenə də davam edir.Sakinlər bildirirlər ki, kanalizasiya xəttində yaranmış problemin kökündən həll olunmaması tez-tez çirkab sularının daşmasına səbəb olur.Yataqxananın içərisində antisanitariya hökm sürür Yataqxanada gəmiricilər və infeksiya daşıyıcısı olan həşəratlar məskən salıb. Burada yaşayan insanlar arasında infeksion xəstəliklər yayılmasın diyə dərmanlanır. Bunu tibbi müayinə nəticəsində də təsdiq edə bilərlər. Körpə uşaqlar, xəstə və yaşlı insanların səhhətində ciddi problemlər yarana bilər.

Çox təəssüf ki, bu qədər dözülməz şəraiti olan yataqxana sakinləri ilə maraqlanan yoxdur. Yataqxana Bakı Şəhəri Yasamal rayon İcra hakimiyyətinin balansındadır, lakin Yasamal Rayonu İcra Hakimiyyəti tərəfindən bir nəfər belə olsun nümayəndə gəlmir.

Onuda qeyd edək ki,iki min on yeddinci ildə təmir olunsada,bina fotolardanda gördüyü kimi yenə qəzalı vəziyyətinə qayıdır.Buda o deməkdir ki,çölü bəzək,içi təzək.Deməli, (60 nəfərdən çox) ailənin həyatının təhlükədə olması heç kimi narahat etmir. Lakin əmin olun ki, belə davam edərsə, dənizçilər yataqxanasında bədbəxt hadisənin baş verməsi qaçılmazdır…"

Fotolar