Azərbaycan Fərman Ceyranlı barəsində axtarış elan edib

13:15 12-07-2019 22

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib.

APA-nın xəbərinə görə, onun barəsində axtarış elan olunması barədə elan DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib.

Elanda bildirilir ki, Ceyranlı Fərman Cahan oğlu 1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir.

Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

945d28492a527da