Azərbaycan yığması Türkiyəyə uduzub

12:41 22-07-2019 37

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yoxlama matçı keçirib.

APA-nın məlumatına görə, İzmirdə təlim-məşq toplanışında olan milli komanda Türkiyə voleybolçuları ilə üz-üzə gəlib.

Matç “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamızın İzmir hazırlığı yekunlaşıb. İtaliyalı mütəxəssis Covanni Kapraranın rəhbərlik etdiyi yığma daha 3 gün İstanbulda təlim-məşq toplanışında olacaq.

Qeyd edək ki, hazırlıq 2020-ci ildə təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır. Təmsilçimiz Braziliyada baş tutacaq oyunlar üçün daha öncə Bolqarıstan və Rusiyada da təlim-məşq toplanışında olub və sınaq oyunları keçirib.

Voleybolçularımız iyulun 24-də isə Türkiyədən yarışın baş tutacağı Braziliyaya gedəcək.