“Neftçi”nin kapitanı aeroportda konfet paylayır - Foto

11:20 24-07-2019 365

UEFA Avropa Liqasında II təsnifat mərhələsində Tula "Arsenal"ı ilə keçirəcəyi ilk oyun üçün Rusiyaya uçmaqda problemlə üzləşən "Neftçi" klubunun kapitanı Emin Mahmudov sərnişinlərə jest edib.

Report xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Heydər Əliyev Beynəlxalq Aeroportunda konfet alaraq gözləmə zalında əyləşən Bakı-Moskva reysinin sərnişinlərinə paylayıb.

Qeyd edək ki, saat 06:50-də uçmalı olan təyyarədə texniki problem üzündən havaya qalxa bilməyib.

Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib.