İlham Əliyev Elçin Əfəndiyevin qızını təltif etdi

17:44 24-07-2019 75
 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini, yazıçı, nasir, dramaturq Elçin Əfəndiyin qızı Aysun Əfəndiyeva – Xəlilovanın təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

paralel.az xəbər verir ki, o, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.

Qeyd edək ki, A.Əfəndiyeva – Xəlilova Gənclər və İdman Nazirliyində Baş məsləhətçi vəzifəsində çalışır.