“ƏLİ HƏSƏNOV BİZİ ALDADIB” – “Haber Türk” Baş nazirin müavinini ittiham etdi (VİDEO)

22:38 25-07-2019 545

Türkiyənin məşhur “Haber Türk” kanalında baş nazirin müavini Əli Həsənovun barəsində reportaj yayımlanıb.

Gununsesi.org-un xəbərinə görə, reportajda Əli Həsənovun nəvəsinin avtoqəza xəbərindən söhbət açılır.

Hadisə zamanı yaralanan şəxslərin şikayətini yayımlayan kanal baş nazirin müavinini zərərçəkən tərəfi aldatmaqda günahlandırıb. Bildirilir ki, qəzadan sonra Əli Həsənov onları şikayətçi olmamağa və bunu müqabilində bütün xərcləri ödəyəcəyinə dair vəd versə də buna əməl etməyib.

Həmin reportajı təqdim edirik:

“Ötən gün Türkiyənin “Haber Türk” telekanalı iş adamı Elman Allahverdiyevin oğlu Nail Allahverdiyevin 2 il əvvəl törətdiyi avtomobil qəzası ilə bağlı reportaj hazırlayıb. Məlumat üçün bildiririk ki, Mutallib Tekişin həmin TV-yə təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir”.

Bunu APA-ya Elman Allahverdiyevin vəkili Muxtar Mustafayev deyib.

O bildirib ki, M. Tekişin təqdim etdiyi fotolar və görüntülər 2017-ci ilə aiddir və hazırkı vəziyyəti əks etdirmir: “Mutallib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş Türkiyədə yerləşən xəstəxananın bütün müalicə xərcləri Azərbaycan Mülki Məcəlləsinin tələblərinə əsasən, qəzanı törətmiş avtomobilin, yəni yüksək təhlükə mənbəyinin sahibi “Gardenia” MMC-nin təsisçisi, iş adamı Elman Allahverdiyev tərəfindən ödənilib və 2 il ərzində reabilitasiya dönəmini tam başa vurublar. Müayinə və müalicə xərclərindən başqa, Mutallib Tekişə və Songül Tekişə maddi tələblərinə görə iş adamı Elman Allahverdiyev tərəfindən ödənişlər edilib. Bütün ödənişlər rəsmi qaydada Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsi ilə edilib və bunu təsdiq edən müvafiq sənədlər mövcuddur. Mutallib Tekişə və onun həyat yoldaşına dəymiş ziyanın ödəniləcəyi ilə bağlı təminat verilib, bu təminat bu gün də qüvvədədir, onun yerinə yetirilməsindən imtina edilməyib”.

Vəkil qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və Nail Allahverdiyev törətdiyi əməlin ağırlığına görə məhkəmənin çıxardığı hökmə uyğun olaraq cəzasını çəkir:“Mutallibin Tekişin bütün müsahibələrində, yazışmalarında hadisəni törətmiş şəxsin ana babası – Baş Nazirin müavini Əli Həsənovun adını hallandırması isə heç bir etik çərçivəyə sığmır. Tərəfimizdən “Haber Türk” kanalına yayılmış məlumatın həqiqətə uyğun olmadığı barədə açıqlama göndəriləcək. İş adamı Elman Allahverdiyevin vəkili olaraq bildirirəm ki, gəlin bu problemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq məhkəmə müstəvisində həll edək”.

 

azpolitika.info