"Arsenal"ın oyunundan zövq aldım - "Neftçi"nin prezidenti

23:32 26-07-2019 34

Azərbaycanın “Neftçi” futbol klubunun məşqçilər qərargahı Avropa Liqasının ikinci təsnifat raundunun birinci oyununda Tula şəhərinin “Arsenal” komandasına qarşı düzgün taktika seçib.

Xəbər verir ki, bu barədə Bakı komandasının prezidenti Kamran Quliyev bildirib.

“Biz çox güclü komandaya qarşı oynadıq, “Neftçi” mürəkkəb oyun keçirdi. Hesab edirəm ki, taktika nöqteyi-nəzərindən oyun planı düzgün seçilmişdi. Bizim oyunçular meydanda heç nəyi əsirgəmədilər. Lakin yadda saxlamaq lazımdır ki, biz döyüşdə deyil, yarışda qalib gəlmişik”, - deyə K.Quliyev bildirib.

İyulun 20-də “Arsenal” Rusiya çempionatının matçında səfərdə Samaranın “Krılya Sovetov” komandasını 3:2 hesabla məğlub edib.

“Mən “Arsenal”ın “Krılya Sovetov” komandasına qarşı oyununu izləyərkən böyük zövq aldım. Bu, futbol təntənəsi idi. Mən “Arsenal”ın ünvanına xoş sözləri indi burada olduğuma görə demirəm. Ona görə deyirəm ki, bu, yaxşı məşqçiyə, əla azarkeşlərə və çox yaxşı prezidentə malik olan güclü, bacarıqlı komandadır”, - deyə “Neftçi”nin prezidenti əlavə edib.

 

 

 

“Neftçi” Tula şəhərində “Arsenal”a 1:0 hesabla qalib gəlib.

Cavab matçı avqustun 1-də Bakıda təşkil olunacaq.