“SƏDƏRƏK”DƏ GÜCLÜ YANĞIN… – 9 nəfər xəsarət alıb + VİDEOLAR (Yenilənib)

14:42 05-08-2019 14

din_mvd_azerbaijan_140118Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.
Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, onlardan 6-na yerində yardım edilib.
Nazirlikdən bildirilib ki, qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb: “10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar”.

Bu arada “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş verən yanğında çəkilən video yayılıb. Şahidlərin  göndərdiyi videonu təqdim edirik:

 ***

4“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 Təcili Yardım briqadası cəlb olunub.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 7 nəfər FHN əməkdaşı tüstüdən zəhərlənmə ilə Toksikologiya Şöbəsinə yerləşdirilib.

Yanğın zamanı bir vətəndaş da  xəsarət alıb və təcili xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, yanğın parfümeriya mağazasında başlayıb və şirniyyat anbarına keçib. Yanğın daha sonra müxtəlif malların saxlandığı anbara keçib.

Hazırda anbarda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

sederek1Sədərək Ticarət Mərkəzində növbəti yanğın hadisəsi baş verib. BakuPost xəbər verir ki, bu dəfə yanğın TM-in Təsərrüfat Bazarı deyilən ərazisində – “Xəyal” elektrik dükanında başlayıb. Alov qısa müddətdə dikər dükanlara da yayılıb.

Hadisə yerinə FHN-nın yanğın söndürənləri çağırılıb. Yanğın davam edir.

Qeyd edək ki, Ticarət Mərkəzində bir neçə gün əvvəl də yanğın hadisəsi baş vermişdi.