Leyla Əliyeva Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində

17:13 05-08-2019 16

Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edir.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.