Nabranda batan uşağın meyiti Rusiyada tapldı

12:15 08-08-2019 14

Avqustun 2-si Xaçmazın Nabran istirahət zonasında Xəzər dənizində boğulan 11 yaşlı oğlanın meyiti tapılıb.

Azərtac xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti Xəzərin Dağıstan Respublikasının Dərbənd şəhəri sahilində aşkarlanıb.