Mahir daha bir Türkiyə klubunun hədəfində

15:33 08-08-2019 15

Türkiyənin "Trabzonspor" klubu "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Mahir Emrelini heyətinə qatmaq istəyir.

Report-un verdiyi məlumata görə, norveçli forvard Aleksandr Syorpoltu heyətinə qatan Qara dəniz təmsilçisinin növbəti hədəfi 22 yaşlı hücumçudur. Xəbərdə Emerli ilə İspaniyanın "Deportivo", "Malaqa" və "Almeriya" klublarının yaxından maraqlandığı vurğulanıb.

Onu heyətinə qatmaq istəyən klubların sırasında “Estremadura” da var.

Qeyd edək ki, Türkiyənin “Gənclərbirliyi” klubunun da Mahir Əmrəli ilə maraqlandığı ilə bağlı məlumat yayılmışdı.