“Azərpambıq Aqro” MMC–dən Prezidentə şikayət

15:31 09-08-2019 76

Salam hörmətli Prezident İlham Əliyev! Biz Ağcabədi rayon Sarıcalı kənd sakini Nərimanov Nəriman Yusif oğlu, Poladlı kənd sakinləri Mustafayev Misir Gülmalı oğlu, Əhmədov Adil Mirzə oğlu, Taynaq kənd sakini-müəllim Quliyev Sabir Süleyman oğlu ,Hindarx qəsəbə sakini Hüseyinov Şahin Rüstəm oğlu uzun illərdir ki, pambıqçılıq təsərüffatı ilə məşğul oluruq. Təkcə ötən il Azərpambıq Aqro MMC ilə müqavilə əsasında 375 ha Pambıq əkmiş və yüksək məhsuldarlıq əldə etmişik. Biz təsərüfatçılar Sizin bu sahəyə olan diqqət və qayğınızı həmişə hiss etmişik. Elə “Kənd təsərüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli Sərəncamınız da buna bariz nümunədir. Həmin Sərəncam əsasında Nazirlər Kabineti 15 fevral 2007-ci il tarixli qərar hazırlamışdır. Bu qərarın 2-ci bəndinə əsasən biz əkdiyimiz hər hektar pambıq sahəsində pestisitlərin istifadəsinə görə 50 manat güzəşt əldə etməliyik. Buna baxmayaraq nə Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzi, nə də Azərpambıq Aqro MMC-nin Ağcabədidə yerləşən zavodu bu güzəşti almağımıza imkan vermir. Onlara müraciət edəndə hər dəfə bir müxtəlif bəhanələr gətirirlər. Əlaqədar təşkilatlara hamısına müraciət etsək də heç bir nəticə olmamışdır. İnanırıq ki, qeyd etdiyimiz problem sizə müraciətimizdən sonra tezliklə öz həllini tapacaqdır.

  

Hörmətlə

 Nəriman Nərimanov

Adil Əhmədov

Misir Mustafayev

Şahin Hüseyinov

Sabir Quliyev