Şəhidin məzarından Azərbaycan bayrağını götürən icra başçısı Bakıda bina tikir

12:46 14-08-2019 22
Zərdab rayonunun icra başçısı Lütvəli Babayev Bakıda bina tikir. Jurnalist Cavanşir Həsənli yazır ki, binanın sahəsi 10 min kvadrat metrə yaxındır və tikintisi icra başçısının oğlu Baləli Babazadənin adı ilə həyata keçirilib.
Bina Binəqədi rayonunun 7-ci mikrorayon Abay Kunanbayev küçəsində, 3123-cü məhəllədə  yerləşir və 12 mərtəbəlidir.
"Bu həmin icra başçısıdır ki, Zərdabda şəhid Nurlan Babazadənin məzarı üstündən Azərbaycan bayrağını götürmək göstərişi vermişdi. Kiminsə oğlu şəhid olur, bunun da oğlu bina tikir"-deyə C.Həsənli qeyd edib.
Qeyri-iş günü olduğundan L.Babayevlə əlaqə saxlamaq mümkün olmadı.