“Azəravtoyol” Sulutəpədə gildən yol çəkir? – VİDEO

12:39 19-08-2019 16

Bu ilin yanvar ayında başlanan və iki aya təhvil veriləcəyi gözlənilən Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsinin təmir-tikinti işləri hələ də bitməyib.

Şikayətçilər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin (AAYDA) fəaliyyətsizliyindən və yol tikintisinin düzgün aparılmamasından narazıdır.

Ruslan Allahverdiyev küçəsinin sakinləri iddia edirlər ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” yolun çəkilişi zamanı qravil, şeben əvəzinə gildən istifad edir.

Qeyd edək ki, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 3 km-dən artıq olmaqla qəsəbənin mərkəzi yolu sayılır.

Millətinsəsi.info ərazidən hazırlanmış reportajı təqdim edir: