Şair Oqtay Rza dünyasını dəyişib

13:17 19-08-2019 15

Tanınmş şair Oqtay Rza dünyasını dəyişib.

Bölgə müxbirinin məlumatına görə, bu gün günorta saatlarında tanınmış şair Oqtay Rza Məhəmməd oğlu 85 yaşında vəfat edib.

Qeyd edək ki, Oqtay Rza 1954-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olub. "Bir May" adlı ilk şeri yeddiillik məktəbdə oxuyarkən "Sosializm yolu" rayon qəzetində dərc olunub.

1981-ci ildən AYB-nin üzvü olan Oqtay Rza Pedaqoji Universitetin dosenti olub. "Mikayıl Müşfiq" və "Qızıl qələm" mükafatı laureatı idi.

Allah rəhmət eləsin.