Ro-Ro Azərbaycanda

13:18 19-08-2019 70

Honduras millisinin üzvü Rocer Fabrisio Roxas Azərbaycan Premyer Liqasında çıxış edəcək.

"Sporthiva" saytının xəbərinə görə, Ro-Ro ləqəbli futbolçu "Sabah" klubunda legioner həyatı yaşayacaq.

29 yaşlı hücumçu daha əvvəl ölkəsinin "Olimpia", Səudiyyə Ərəbistanının "Əl-İttifaq", Meksikanın "Nekaksa" və Kosta Rikanın "Alaxuelense" klublarında çıxış edib. Azərbaycan onun Avropadakı ilk legioner həyatı sayılacaq.

Onun sonuncu klubu "Alaxuelense" artıq "Tvitter" vasitəsilə Kosta Rika çempionatında 57 oyuna 33 qol vurmuş futbolçusunun Azərbaycana gedəcəyini və onunla əməkdaşlığın dayandırıldığını bəyan edib.

Qeyd edək ki, daha əvvəllər də Azərbaycanda Honduras millisinin hücumçusu çıxış edib. Bu, 2009-2011-ci illərdə "Xəzər Lənkəran"da çıxış etmiş Alan Lalindir. Hazırda 38 yaşı olan futbolçu ölkəsinin "Real Espanya" klubunda oynayır.

Səbuhi Musayev