AXH-də təxribat ifşa olundu – ŞOK BƏYANAT

14:28 19-08-2019 205
Azərbaycan Xalq Hərəkatında sular durulmağ bilmir. 

AnTV.az xəbər verir ki, Azərbaycan Xalq Hərəkatının əsas qolunda xoşagəlməz hadisələr baş verib. Hərəkatın mətbuat xidməti rəhbəri son olaylarla bağlı bəyanat yazaraq redaksiyamıza göndərib. Həmin bəyanatı təqdim edirik:

MEDİANIN və İCTİMAİƏTİN NƏZƏRİNƏ:

B Ə Y A N A T

Son günlər Azərbaycan Xalq Hərəkatının nəznində olduqca narahat edici hadisələr yaşanmaqdadır. Belə ki, hakimiyyətlə separat danışıqlara getmiş AXH daxilində olan müəyyən qüvvələr (lap dəqiq desək Rza Səfərsoy və Ramiz Tağıyev) Azərbaycan Xalq Hərəkatında olan bəzi qüvvələri də öz yalanlarına inandıraraq Azərbaycan Xalq Hərəkatı daxilində rəhbərliyi zəbt edərək hakimiyyətə xidmət göstərmək niyyətlərində olmuşdurlar. Azərbaycanımızı sevən, Azərbaycanda real dəyişikliklər etmək istəyən səmimi və sağlam müxalifət mövqeyində dayanan şəxslərə bu barədə real və təqzib olunmaz məlumatlar daxil olduqdan həmən sonra dəqiqləşdirici fəaliyyət göstərilmiş və daxil olmuş məlumatlar öz təsdiqini tapmışdır. Belə ki, 2005-ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin AntiTerror qurumunun rəhbərliyinin, lap dəqiq desək İlqar Əliyevin sifarişi ilə AXCP daxilində süni qiyam hazırlamış həmin dönəmdə AXCP sədrinin müşaviri olmuş Ramiz Tağıyev hazırda da AXH daxilində öz çirkin əməllərini həyata keçirmək məqsədilə hakimiyyətlə separat danışıqlara getmiş və bu işə Rza Səfərsoy adlı AXH fəalını da cəlb etmişdir. AXH İdarə Heyyətinin səmimi üzvlərinin (görkəmli ziyalı Bəxtiyar Tuncayı və Mahmud Əhmədovu) bir qismini özlərinin uydurduqları yalan məlumatlarla aldadaraq öz məkirli niyyətlərinin həyata keçirilməsi planına cəlb edə bilmişlər. Müəyyən şəxsləri isə vəzifə və pulla satın almağa cəhtlər olmuşdur. Hakimiyyət mətbəxtində cızılmış və Ramiz Tağıyev-Rza Səfərsoy cütlüyünün icrası ilə bitməsi planlaşdırılan plana əsasən 10 avqust 2019-cu il tarixində Azərbaycan Xalq Hərəkatının İdarə Heyyətinin toplantısında Tağıyev-Səfərsoy cütlüyü AXH İdarə Heyyətinin təsisçi üzvləri olan Ağasif Şakiroğlunu, Fuad Əliyevi, Həsən Həsənovu və ən nəhayət də İsgəndər Həmidovu AXH rəhbərliyindən kənarlaşdıraraq qurumu hakimiyyətin əlinə oynayacaq bir siyasi quruma çevirməli idilər. Planda öncədən bizlərə məlum olduğundan AXH İdarə Heyyətinin mərd və cəsarətli üzvlərinin göstərdikləri sücayət nəticəsində hakimiyyətin həyata keçirmək istədiyi plan baş tutmamış və onların pozuculuq fəaliyyətinin qarşısı qətiyyətlə alınmışdır. İfşa edilmiş “qiyamçıların” (Ramiz Tağıyev və Rza Səfərsoyun) ifşadan sonra qurumda qalmaq şansları olmadığından istefa vermək məcburiyyətində qalmışdırlar. 17 avqust 2019-cu il tarixində hazırda “istefa vermiş” şəxslərin (Ramiz Tağıyev-Rza Səfərsoy cütlüyünün) və bu cütlüyə “gizlincə dəstək” şəxslərin qurumdan xaric edilməsi məsələsi gündəliyə salınmışdır… Üzücü hal isə vətəninə və dövlətinə canı ilə xidmət etmiş görkəmli ziyalılarımız Bəxtiyar Tuncayın və Mahmud Əhmədovun bu təxribatçıların yalanlarına inanaraq qurumu tərk etmələri olmuşdur… Ümid edirik yaranmış qeyri-müəyyənliyə bu bəyanatımızla aydınlıq gətirilmiş oldu. 17 avqust 2019-cu il tarixli AXH Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısında bilmədən hakimiyyətin əlaltıları ilə əlaqədə olmuş şəxslər bağışlanacaq, bilərəkdən bu pozuculuq fəaliyyətində iştirak etmiş şəxslər cəzalandırılaraq qurum öz fəaliyyətinə davam edəcəkdir. Daha sağlam, daha bütöv!

AXH Mətbuat Xidmətinin rəhbəri Aslan Həmidli

 

QEYD: Xatırladaq ki, bir neçə həftə öncə Ramiz Tağıyev Ağasif Şakiroğlunun dönəm sədri olduğu iclasların birində onunla mübahisə edərək iclas zalını tərk etmiş, hətta siyasətçiyə yaraşmayan formada əl qaldırmağa cəhd etmişdi.

Yaxın zamanda ətraflı məlumat veriləcək…

 

Nurlan Cəfəri

AnTV.az