Əfqanıstan prezidenti: İŞİD-i məhv edəcəyik

17:59 19-08-2019 10

Əfqanıstan Prezidenti Əşrəf Qəni Kabildəki toyda baş verən teraktdan sonra İŞİD-in ölkədəki yuvasını dağıdacağı vədini verib.

Xəbər verir ki, Qəni bu gündən etibarən ölkədə İŞİD-ə qarşı mübarizənin aktivləşəcəyini bildirib.

Qeyd edək ki, şənbə günü Kabildə toy mərasimlərindən birində partlayış baş verib. Nəticədə 63 nəfər həlak olub, 180 nəfər yaralanıb. Terakta görə məsuliyyəti İŞİD üzərinə götürüb.