"Qalatasaray"ın keçmiş futbolçusu həbs olundu

12:11 29-08-2019 70
Bir zamanlar "Qalatasaray"da forma geyinən uelsli keçmiş futbolçu Din Sonders həbs olunub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  içkili şəkildə avtomobil idarə edən keçmiş futbolçu yol polisləri tərəfindən saxlanılıb. O polislərin alkoqol testini qəbul etmədiyinə görə 10 həftə həbs cəzası alıb.

Polislər açıqlamasında alkometrə üfürmək təklifini rədd edən 55 yaşlı Sondersin  saxlanıldığını bildirib. Bundan əlavə onun sürücülük vəsiqəsi 30 aylıq əlindən alınıb. 
 

  • "Qalatasaray"ın keçmiş futbolçusu həbs olundu