Azərbaycanda problemli kreditlər yenidən artıb

12:55 30-08-2019 80

Azərbaycan Mərkəzi Bankı iqtisadiyyata kredit qoyuluşları ilə bağlı göstəriciləri açıqlayıb.

İyul ayında ölkə banklarının kredit portfeli təqribən 200 milyon manat artaraq 13 milyard 681,4 milyon manat təşkil edib. İlin əvvəlindən isə kredit portfeli 660 milyon manat artıb.

Kredit portfelinin böyüməsi ilə problemli kreditlərin məbləği də artıb. AMB-nin göstəricilərinə əsasən, iyulun sonuna problemli kreditlərin məbləği 1 milyard 487,4 milyon manat təşkil edib. Bununla yanaşı, problemli kreditlərin ümumi kredit portfelindəki payı azalaraq bir ay əvvəlki 11%-dən indi 10,9%-ə düşüb.

Xatırladaq ki, ilin əvvəlində problemli kreditlərin payı 12,2% idi. /fed.az