REKTOR FİLİAL DİREKTORUNU İŞDƏN ÇIXARDI - ADPU-DA YENİ TƏYİNAT

12:18 03-09-2019 50

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru işdən çıxarılıb.

Filialın direktoru, professor Əli Allahverdiyev tutduğu vəzifədən azad edilib. Digər əmrlə bu vəzifəyə Yusif Alıyev təyin edilib.

Qeyd edək ki, Y.Alıyev bu təyinata qədər ADPU-nun Elm və İnnovasiyalar Şöbəsinin müdiri olub.

 

xalqxeber.az