AzTV-yə sədr təyin olunub – SƏRƏNCAM

13:21 04-09-2019 215

Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Xatırladaq ki, bu il yanvarın 15-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov vəzifəsindən azad olunub. Həmin vaxtdan indiyədək QSC sədri vəzifəsinin icrasını jurnalist Rövşən Məmmədov həyata keçiridi.

R.Məmmədov əvvəllər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.