Naxçıvanlı şagirdlərin Bakıda təhsil problemi həllini tapdı – Deputatdan açıqlama

18:23 05-09-2019 35

mektebehazirlig_011018_03Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasından olan şagirdlərin Bakı məktəblərinə dəyişdirilməsi üçün qeydiyyat problemi yaranıb.

Belə ki, məktəblərə qəbul və yerdəyişmə üçün yaradılan online sistem muxtar respublikadan olan şagirdlərin qeydiyyatını apara bilmirdi.

Gununsesi.org-un naxçıvanlı valideynlərə istinadən qaldırdığı bu problemə ilk reaksiya muxtar respublikanın deputatı Qüdrət Həsənquliyevdən gəlmişdi.

Millət vəkili dərhal təhsil naziri Ceyhun Bayramovla əlaqə saxlayıb, məsələnin həllini xahiş etmişdi.

qudret-hesenquliyev-1Gununsesi.org- açıqlamasında Qüdrət Həsənquliyev artıq problemin həll edildiyini deyib: “Mənə bildirdilər ki, məsələ həll olundu. Nazirlikdə xüsusi mərkəz yaradılıb. Naxçıvanın təhsil nazirliyi ilə birlikdə problemin həllinə nail olunub. Mən təhsil naziri Ceyhun Bayramova təşəkkür edirəm ki, müraciətimə operativ yanaşıldı və problem həllini tapdı”.