Türkiyədən Bakıya gələn sərnişin avtobusu qəza törədib – Ölən və yaralananların adları (Yenilənib)

11:33 09-09-2019 30

Şəmkirdə yol qəzasında ölən və xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza nəticəsində Lənkəran rayon sakini 1983-cü il təvəllüdlü Məhərrəmov Elburus Hüseyn oğlu ölüb.

Bakı şəhər sakini 1989-cu il təvəllüdlü İmanova Çinarə Eyyub qızı, Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Əliyeva Gülsüm Məmmmədağa qızı, Füzuli rayon sakini 1992-ci il təvəllüdlü Babayeva Növrəstə Qardaşxan qızı, Bakı şəhər sakini 1992-ci il təvəllüdlüMirzəyev Xəyyam Ümidvar oğlu, Sumqayıt şəhər sakini Qurbanəliyeva Günel Nəsrəddin qızı, Bakı şəhər sakini Əmiraslanova Sevinc Süleyman qızı, 1983-cü il təvəllüdlü Şener Yavuz Süleyman, Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Səbəbxanova Göyçək Mehralı qızı, 1956-cı il təvəllüdlü Darmuş Uzun Aşur, Bakı şəhər sakini 1946-cı il təvəllüdlü Süleymanova Qələm Cavad qızı, Bakı şəhər sakini 1978-ci il təvəllüdlüKazımova Arzu Mətləb qızı, Füzuli rayon sakini 1969-cu il təvəllüdlü Məmmədova Minayə Ərşad qızı, Qax rayon sakini 1997-ci il təvəllüdlü Əliyev Nicat Gəray oğlu və Qax rayon sakini 1997-ci il təvəllüdlü Ələkbərov Nicat Gəray oğlu xəsarət alıblar.

IMG-20190907-WA0002

* * *

Şəmkir rayonunda ölümnən nəticəıən ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı- Qazax avtomobil magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyədən Bakıya gələn sərnişin avtobusu hərəkədə olarkən arxadan “SHAGMAN” markalı yük maşınına çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir nəfəri ölüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.

Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.