Süni qiymət artımına qarşı hansı nazirlik mübarizə aparmalıdır?

12:41 11-09-2019 220

Süni qiymət artımına qarşı mübarizə tədbirləri istənilən səviyyədə aparılmır.Əks təqdirdə market və supermarketlərdə bu və ya digər şəkildə süni qiymət artımı baş verməz.

Millətinsəsi.info Faktinfo.az-a istinadən bildirir ki, mövcud vəziyyətin nə zamana qədər davam edəcəyi,narazılığın miqyasının haralara qədər uzanacağını müəyyənləşdirmək də artıq çətinləşib. Bu mövzuda istehlakçıların hüquqlarını hansı təşkilatın qoruduğu da sual doğurur. Belə başa düşülür ki,süni qiymət artımına qarşı mübarizəni aparacaq qurum İqtisadiyyat Nazirliyi Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti deyil. Oradakı rəhbər şəxslərin də  qiymətlərin monitorinqini aparmağa dair səlahiyyəti yoxdu.

Belə demək mümkünsə, bu  qurumu işləməyə sövq etməli olan İqtisadiyyat naziri Şahin Mustafayevin süni qiymət artımına qarşı mübarizə tədbirləri çərçivəsində fəaliyyəti nəzərə çarpmır,bu məsələ prioritet hesab edilmir,buna dair proqramın mövcudsuzluğu açıqca sezilir.Qiymətlər isə gündəlik iki- üç qəpik olsa belə qaldırılır.Siyahı tərtib etmək, ərzaq malları üzrə  marketlərdə süni qiymət artımından danışmaq ,bu barədə onlarla nümunə gətirmək olar. Hətta, qeyri ərzaq növlərini də bura aid etmək mümkündü.

Məsələn: İki ay bundan qabaq Nizami rayonu Əlağa Kürçaylı 5b ünvanında yerləşən supermarketdə 0.85 qəpiyə satılan sabun indi 1.37 qəpiyə satılır. Sabunun qiymətində 0.52 qəpiklik artım mövcuddursa,bunun neçə faizlik bahalaşma olduğunu nazir Şahin Mustafayev başda olmaqla Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidə düşünsunlər.Bu kimi  qiymət artımları bütün marketlərdə ərzaq,qeyri ərzaq mallarında müşahidə edilir.Elə isə belə hallara qarşı kim,kimlər,hansı qurumlar mübarizə aparıb istehlakçıların hüquqlarını müdafiə etməlidi?! Mübarizə aparılmırsa, bu həssas məsələyə biganə yanaşılırsa məcburiyyət nədir ki,dövlət belə qurumların saxlanmasına milyonlar xərcləyir?

Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi toxundu. Sitat:" İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”.

Bu isə o deməkdir ki, aidiyyatı qurumlar əhalinin aztəminatlı təbəqəsinin yaxın gələcəkdə daha acınacaqlı duruma düşməsini istəmirlərsə, nəzərə almalıdılar ki, maaşların, təqaüd və müavinətlərin qaldırılması vəziyyətdən  çıxış yolu kimi görünməyə bilər. Digər tərəfdən maaşların,təqaüd və müavinətlərin artırılması fonunda süni qiymət artımı infilyasiya  faizini yüksəldə bilər.

Mənbə Faktinfo.az