Tarixi qələbə qazanan cüdoçularımız Bakıya gəldi - FOTO

12:11 01-10-2019 45

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyində II yerə çıxan cüdoçularımız Bakıya gəlib.

milletinsesi.info xəbər verir ki, onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ailə üzvləri, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri qarşılayıb.

Qeyd edək ki, həlledici final qarşılaşmasında Yaponiya cüdoçularına 1:4 hesabıyla uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində II yeri tutub.

Onu da xatırladaq ki, fərdi yarışlarda cüdoçularımız dünya çempionatının bir gümüş və bir bürünc medal qazanmışdı.

 

Kamil Əmirli

Elşad Mətləboğlu