Keçmiş nazir “Lombard Məlahət”i məhkəməyə verdi

11:08 03-10-2019 45
Keçmiş nazir mülkiyyətində olan torpaq sahəsinin boşaldılması barədə məhkəmədə iddia qaldırıb. Criminal.az saytının məlumatına görə, keçmiş əmək və əhalinin sosial müdafiə naziri Fizuli Ələkbərov iddiasında Bakı şəhər Səbail rayonunun ərazisində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb edir.
İddia üzrə cavabdehlər "Məlahət" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtinin Bakı Ərazi İdarəsidir.  
Fizuli Ələkbərov 

Tələb torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bakı şəhər Səbail rayon Məhkəməsində iddia hakim Mədinə Bağırovanın icraatına verilib.
İddiaçının ərizəsinə əsasən iddianın təmin etmə tədbiri tətbiq edilib və torpaq sahəsindən cavabdehin istismarı qabağan edilib. Cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verib.
Bakı Apellyasiya Məhkəməsində qərardaddan verilən şikayətə hakim Fuad Babayevin sədrliyi ilə 18 iyun 2019-cu il tarixində baxılıb və qüvvədə qalıb. Hazırda  Səbail rayon Məhkəməsində işə baxılır. 
Məlahət Qurbanova 
 
Məhkəmə mübahisəsi ilə bağlı cavabdeh M.Qurbanova ilə əlaqə saxlayıb münasibət öyrənmək mümkün olmadı. Onun müavini Osman Hacıyev isə Criminal.az saytına bildridi ki, sözügedən məhkəmə iddiasının detallarından xəbərsizdir.  
Cavabdeh şirkətin rəhbəri Məlahət Qurbanova 1987-ci ildən etibarən 1 saylı Lombarda rəhbərlik edir və "Lombard Məlahət" kimi tanınır. O, "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, iş adamıdır. 
Mandatını girov qoyub borc götürən deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun da "Lombard Məlahət”ə külli miqdarda borcu var. 

İş adamı, "Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanova keçmiş əmək və əhalinin sosial müdafiə naziri Fizuli Ələkbərovun onu məhkəməyə verməsi ilə bağlı Criminal.az saytında dərc olunan məqaləyə münasibət bildirərkən deyib: "Qiyamçı nazir Fizuli Ələkbərov mənə məxsus olan Səbail rayonu ərazisindəki 253 kvadrat metrlik qeyri-yaşayış sahəni ələ keçirib. O, həmin vaxt nazir idi. Nazir səlahiyyətlərindən istifadə edərək belə bir addım atıb".

M.Qurbanovanın sözlərinə görə, qarşılıqlı məhkəmə davası açılıb: "Fizuli Ələkbərov əmlakımı istifadəmdə ola-ola öz adına keçirib. Hazırda məhkəmə getdiyinə görə lazımı sənədləri təqdim edə bilmirəm, amma həmin əmlakın sənədləri var". 

Criminal.az-ın əldə etdiyi məlumata görə, M.Qurbanova ilə F.Ələkbərov arasındakı mübahisəli 253 kvadrtametrlik daşınmaz əmlak Səbail rayonu, A.Əlizadə küçəsi 5 ünvanında yerləşən Rolls-Royce Motors satış mərkəzinin zirzəmisidir.  

Xatırladaq ki, Fizuli Ələkbərov iddiasında Bakı şəhər Səbail rayonunun ərazisində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb edir. İddia üzrə cavabdehlər "Məlahət" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtinin Bakı Ərazi İdarəsidir. Fizuli Ələkbərov Tələb torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarətdir.

Məlahət Qurbanova 1987-ci ildən etibarən 1 saylı Lombarda rəhbərlik edir və "Lombard Məlahət" kimi tanınır. O, "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, iş adamıdır.