Qadın aslanın qəfəsinə girib oynadı - VİDEO

13:43 03-10-2019 70

Amerikalı qadın Nyu Yorkdakı Bronx Zooparkındakı hasardan tullanaraq  aslanların qəfəsinə girib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qadın bir aslanın yanına yaxınlaşaraq ona əl yelləməyə başlayıb. Zoopark işçiləri və ziyarətçiləri qadının bu hərəkətindən heyrətləniblər.

Zoopark işçiləri onu təcili geri qayıtmağa çağırsalar da, qadın buna məhəl qoymayıb. Əksinə aslanlara əl yelləyərək salamlaşmaya başlayıb. Bundan sonra yavaşca aslanların qaldığı ərazini tərk edib. 

Sosial şəbəkələrdə bu görüntülər paylaşıldıqdan sonra Amerikada böyük rezonansa səbəb olub.