Kollec direktoru Vilayət İsmayılovun da Avropada biznesi varmış - FAKT

10:52 04-10-2019 50

Bakı Qida Sənayesi Kollecinin  keçmiş direktoru Vilayət İsmayılovun da Avropada biznesi varmış. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün facebook səhifəsində yazıb: 

"Çexiyadakı VORNAX SRO şirkəti 2009-cu ilin yanvarında qeydiyyatdan keçirilib. Qeydiyyat sənədlərinə görə şirkət ticarət, xidmət və istehsal sahələrində fəaliyyət göstərir.

Təsisçiləri Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru, 9-cu mikrorayon, Cavadxan 5 ünvanında qeydiyyatda olan Vilayət İsmayılov, həyat yoldaşı Rəna İsmayılova, oğulları İsmayıl və Orxan İsmayılovlardır.


Vilayət İsmayılov həm də Yeni Azərbaycan Partiyası Nizami rayon Bakı Qida Sənaye kolleci ərazi ilk partiya təşkilatının sədridir.


Şirkət 200 min çex kronu nizamnamə kapitalı ilə Praqa Bələdiyyə Məhkəmsində 148653 C saylı lisenziya alıb. Qeydiyyat ünvanı Praqa, Modřany 4 göstərilib.

Vilayət İsmayılov 2006-cı ilin dekabrından 1-dən 2015-ci il iyulun 13-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru vəzifəsində çalışıb".

MillətinSəsi.info olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

vili-1

villi-2

villi-3

villi-4

villi-5

villi-6

villi-7

villi-8

villi-9