Məktəb direktoru müəllimlər arasında pul bölgüsü aparır – SƏS YAZISI

13:43 04-10-2019 45

Suraxanı rayonunda yerləşən Kəlbəcərin 108 saylı məktəbində növbəti narazılıq məktəb rəhbərliyi və valideynlər arasında qalmaqala səbəb olub.

Xəbər verir ki, bu barədə sözügedən məktəbdən News24.az-a daxil olan şikayətdə bildirilir. Məktəbin tarix və ibtidai sinif müəlliməsi Hacıyeva Rəxşəndənin saytımıza verdiyi məlumata görə, direktor Bəsti Hüseynova müəllimlər arasında pul bölgüsü aparır: “1700 manatdan arendaya məktəb götürür. 3 min manatdan pul yığır, hər müəlliməyə 150-200 manat məbləğində pul yığmağı tapşırıb. Ailəmi güclə dolandırıram, hər ay bu qədər pulu necə ödəyim mən..."

Məsələ ilə bağlı məktəbin direktoru Bəsti Hüseynova ilə əlaqə saxladıq. O isə “şikayətlərə jurnalist baxmır, getsinlər polisə eləsinlər. Belə də cavablarını verin” deyərək fikrini tamamlayaraq dəstəyi asıb. Şikayətlə əlaqədar Təhsil Nazirliyinə və Bakı Şəhər Təhsil İdarəsinə sorğu ilə müraciət etdik.

Qeyd edək ki, direktorun müəllimlərlə pul bölgüsü ilə bağlı danışığı və saytın əməkdaşına sərt reaksiyasını əks etdirən səs yazısını da diqqətinizə çatdırırıq.