İlham Əliyev MDB sammitində çıxış edib

14:59 11-10-2019 40

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın yeni hakimiyyətini Yerevanda nasist ideologiyasının tərəfdarı Qaregin Njdenin abidəsinin sökülməməsinə görə qınayıb.

İ.Əliyev müharibə illərində Azərbaycan xalqının rolunu, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiklərini xatırladıb.

Təəssüf ki, MDB məkanında, xüsusilə də Ermənistanda belə hal baş verir. Əvvəlki hakimiyyət Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş cəllad və xain Qaregin Ter-Arutyunyanın abidəsi ucaldılıb”, – deyə o qeyd edib.

Dövlət başçısı, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyətə dair may hesabatından sitat gətirib. Hesabatda deyilirdi ki, Njdenin nasistlərlə əməkdaşlıq etməsi barədə məlumatlar var. Əliyev xatırladıb ki, Njde sonradan Sovet hakimiyyəti tərəfindən tutulub və Vladimir şəhərindəki həbsxanada ölüb.

“Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB-də faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur”, – deyə İ.Əliyev vurğulayıb.