ABŞ Türk-İslam dünyasının dostu deyil

15:43 01-11-2019 160

Tapdıq Abbas

Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteran

 

Türk-İslam aləmini Qərb hədəfə alıb

Dünya yarandığı andan gücə bağlıdır. Dünya tarixini güclər arasında gedən qanlı mübarizə tarixi adlandıranlar da var. Tarixi vərəqlədikcə dünyəvi proseslərin güc üzərində bərqərar olduğunu müşahidə edirik. Hazırda ABŞ, Rusiya, Avropa və Çin dünyanın ən böyük güc mərkələri sayılır. Dünyada gedən gərgin hərbi, siyasi-iqtisadi mübarizədə ABŞ dünya ağalığı iddiasındadır. Lakin Avropa, Rusiya və Çin ABŞ-ın iddiasını reallaşmağa imkan vermir.

Dünyanın hazırkı siyasi arxitekturasını dəyişməklə, sümürgənlik məqsədini həyata keçirməyə cəhd edən ABŞ-ın hazırda əsas hədəfi güclü birliyə malik olmayan türk - islam dünyasıdır. Türk - islam dövlətlərinin liderliyini üzərinə götürən Türkiyə ABŞ-ın çirkin məqsədinə çatmasına ciddi maneə olur. Buna görə də, hətta NATO kimi dünyanın ən güclü hərbi blokunda müttəfiq olsalar da, ABŞ Türkiyəni zəiflədib özündən asılı vəziyyətə salmaq üçün başladığı prosesə ara vermir. Zaman-zaman Türkiyədə hakimiyyət çevrilişinə baş vurur, iqtisadi problemlərin dərinləşməsinə çalışır. Lakin uzun illərdir nə qədər cəhd etsə də, ABŞ Türkiyəni çökdürmək niyyətini hələ də tam geçəkləşdirə bilmir.
Başlanğıcını orta əsrlərdən götürən Qərb- Türkiyə qarşıdurması bu gün də əvvəlki şiddətilə davam edir.

İkinci dünya savaşından sonra aralarında yaxınlaşma, hərbi müttəfiqlik yaransa da, hələ də Avropa Türkiyəni özünə yaxın buraxmır. Eyni zamanda, Türkiyəni içəridən zəiflətmək və parçalamaq məqsədilə erməni və kürd millətçilərini qızışdıraraq, dövlətin daxilində təşkil edilən terrora açıq dəstək verir. ASALA və PKK terror təşkilatlarına daim yardım edirlər. Son illər Türkiyənin cənub sərhəd qonşusu Suriya ərazisində ABŞ və Avropa dövlətlərinin hərbi yardımı ilə yaradılan İŞİD (DAİŞ)-in tərkibində formalaşmış PYD/YPĞ terror təşkilatları da, əsas və son hədəf kimi, məhz Türkiyəni seçib.

Məqsədləri Türkiyə dövlətini zəiflədib, Orta və Yaxın Şərqdə hökmranlıq etmək, regiondakı təbii sərvətləri mənimsəməkdir.
Türk-islam coğrafiyasındakı dövlətlərin malik olduqları həm əlverişli coğrafi mövqeyə, həm də zəngin təbii sərvətlərə görə, xüsusən neft-qaz ehtiyatları ilə zənginlik bütün dünyanın, o cümlədən ABŞ və Avropa dövlətlərinin reviona marağını hədsiz dərəcədə artırıb. Bu da regionda sabitliyə ciddi təhlükə yaradıb. İraq, Əfqanıstan, Yəmən, Qətər və Suriya ərazilərində son onilliklər ərzində törədilən qanlı müharibələr, məhz qeyd etdiyimiz güclərin marağının nəticəsində baş verib.

Qardaş Türkiyənin regionda böyük təsirə, yenilməz gücə malik olması ABŞ və Avropa dövlətlərini regionda pis niyyətlərini həyata keçirməyə imkan vermir. Türkiyənin bu hərəkəti onları çox ciddi narahat edir. Regonda əlləfinə fürsət düşən kimi Türkiyəyə qarşı məkrli oyun oynamağa girişirlər.
Suriyada terrorizmə qarşı hərbi mübarizədə ABŞ və Avropa dövlətləri NATO mütəfiqləri Türkiyəyə qarşı xəyanətkar mövqe tutduqlarına görə, Türkiyə cavab olaraq, adekvat addım atmaq zorunda qaldı. Türkiyə regionda söz sahibi olan Rusiya və İranla normal qonşuluq münasibətləri qurdu. Rusiyadan S-400 raketi almaq barədə razılığa gəldi. Bu razılaşmaya görə, ABŞ Türkiyəyə F-35 təyyarələrini satmaqdan imtina etdi. ABŞ və Türkiyə münasibətləri kəskinləşdi və   sanksiyalara start verildi.

ABŞ və Avropa dövlətlərinin etirazlarına və sanksiya hədələrinə baxmayaraq, Türkiyə Suriya ilə cənub sərhəddində dpvlət üçün böyük təhlükə mənbəyi olan kürd terror qruplaşmalarını məhv etmək üçün oktyabrın 9-da hərbi əməliyyatlara başladı. Dərhal ABŞ-dan elçi gəldi,  Cumhur Başqanı R. T. Ərdoğan Rusiya prezidenti B. Putin tərəfindən görüşə dəvət olundu. Görüşlər nəticəsində şərtlər müəyyən olundu və Suriya ərazisində Türk Ordusunun hərbi əməliyyatları 120 saat dayandırması barədə razılaşma əldə olundu və zaman bitməsinə baxmayaraq, hərbi əməliyyatlar indi də dayandırılıb.

Bu hadisələrin ardınca ABŞ dərhal Türkiyəyə qarşı düşmənçiliyə əl atdı, sanksiyalar tətbiq etdi, Türkiyəyə təzyiq üçün çoxdan ehtiyatda saxladığı saxta "erməni soyqırımı"nı Senatda tanımaq barədə qərar qəbul etdi və digər təzyiq rıçaqlarını işə saldı. ABŞ və Avropa dövlətləri bu iyrınc hərəkətlərilə Türkiyəyə qarşı bu cür yanlış yol tutdular. Lakin bu işdə Türkiyə heç nə itirmədi, əksinə, gücünü irtaya qoyub nüfuz qazandı, itirən isə ABŞ və onun yedəyində sürünən dövlətlər oldu.
Türkiyə dövlətinin Suriya ərazisində başladığı "Barış pinarı" adlanan hərbi əməliyyatların ilk anından Azərbaycan dövləti çox düzgün olaraq, qardaşlıq missiyasına sadiq qaldı və hərbi əməliyyatlarda Türkiyənin yanında olduğunu bəyan etdi.

"Bir millət iki dövlət" missiyası bir daha sınaqdan uğurla çıxdı.
Uğur olsun, hər daim canımız, qanımız, Türkiyə!!!