“Nar” Naxçıvanda təqaüd proqramının qaliblərini təbrik etdi!

17:36 01-11-2019 210

 

İnformasiya texnologiyaları sahəsinin inkişafına və bu sahədə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran “Nar” mobil operatoru, Naxçıvan Dövlət Universitetinin tələbələri üçün elan etdiyi təqaüd proqramının nəticələrini elan edib. Belə ki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan,  xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbəyə 2019-2020 tədris ilində “Nar” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd ayrılıb.

 

“Azerfon”un Baş İcraçı direktoru Qunnar Panke təqaüd proqramının qalibləri ilə görüşərək onları təbrik edib və gələcək təhsillərində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycanda gənc nəslin informasiya texnologiyaları sahəsinə marağının artması və karyeralarını bu yöndə qurmaları ölkədə ümumi ekosistemə, xüsusən də telekommunikasiya bazarının inkişafına öz müsbət təsirini göstərəcək. 

 

Xatırladaq ki, “Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə Naxçıvanda təhsil alan tələbələr üçün təqaüd proqramı təşkil edir.

 

“Nar” KSM startegiyası çərçivəsində müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan şagird və tələbələrin maarifləndirilməsi, dünyagörüşünün artırılması və analitik düşüncə qabiliyyətinin inkişafı istiqamətində bir çox layihələrə imza atıb. “Nar”ın KSM layihələri barədə daha ətraflı məlumatı nar.az  səhifəsindən əldə edə bilərsiniz.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

 

 

 

 


 
Nar поздравила победителей стипендиальной программы в Нахчыване!

 

 

Мобильный оператор “Nar”, уделяющий большое внимание развитию сферы информационных технологий и подготовке высококвалифицированных кадров в этой области объявил результаты стипендиальной программы проведенной среди студентов Нахчыванского Государственного Университета.Компания “Nar” выделила стипендию в размере 200 АЗН на учебный год 2019-2020 для 5 особо отличившихся в учебе студентов информационных технологий и информатики.

 

Главный Исполнительный директор компании “Azerfon” Гуннар Панке встретился и поздравил победителей стипендии, а также пожелал им успехов в дальнейшей учебе.Он заявил, что повышенный интерес молодого поколения Азербайджана к информационным технологиям, а также стремление к построению карьеры в этой сфере позитивно отразятся на общей экосистеме и в собенности на развитие рынка телекоммуникаций. 

 

Напомним, что “Nar” уже второй год подряд проводит стипендиальную программу с целью поддержки подготовки будущих профессионалов в сфере связи среди нахчыванских студентов. С более подробной информацией по проектам КСМ компании “Nar” можно ознакомиться на сайте nar.az.

 

В рамках стратегии КСМ, компания “Nar” воплотила в жизнь ряд проектов с целью обучения,расширения кругозора и развития аналитических способностей у школьников и студентов различных возрастных групп и социальных слоев.

 

Компания “Azerfon” (торговая марка “Nar”) начавшая свою деятельность с 21 марта 2007 года, за короткий срок превратилась в ведущего оператора в сфере телекоммуникаций и мобильной связи в Азербайджане. Торговая марка “Nar” была выбрана символом объединяющим богатое культурное и историческое наследие Азербайджана с современной жизнью. “Nar” - первой в стране запустила в эксплуатацию технологию 3G и предоставила в использование своим абонентам сеть 4G. В данный момент диапазон действия сети “Nar” охватывает 97,6% населения страны и более 8500 базовых станций функционируют для предоставления высококачественных услуг свыше 2,3 млн. абонентам. В результате сравнительного теста мобильных операторов сети проведенного в 2017 году, сеть "Nar" добилась самого высокого результата по качеству предоставления услуг мобильных звонков в стране.

 

 

Nar congratulated winners of scholarship program in Nakhchivan

 Attaching special attention to the development of information technologies and skilled workforce in the country, “Nar” has announced the winners of the scholarship program for the students of Nakhchivan State University. Thus, 5 students majoring in information technologies and informatics demonstrating academic excellence at the university will receive a monthly stipend of AZN 200 by Nar during the academic year 2019-2020.

 

Gunnar Pahnke, Chief Executive Officer of “Azerfon”, met with the winners of the scholarship program, congratulated and wished them success in their studies. He noted that rising interest and career development of the young generation on information technologies and career development in this field will have a positive impact on general ecosystem in the country, particularly the telco market.

 

Notably, Nar has been organizing the scholarship program for Nakhchivan students for the second year in a row to support the growth of future local professionals in the field of communications.

 

Within the framework of its CSR strategy Nar initiated a number of projects aimed at enlightenment of schoolchildren and students of various age and social groups, increasing their range of interest and analytical thinking skills. For more information about the CSR projects, please visit us at nar.az.

 

“Azerfon” LLC (Nar trademark) started its operations on March 21, 2007, and within a short period of time became one of the leading companies of the telecommunications and mobile communication industry of Azerbaijan. The ‘Nar’ brand name was selected as the symbol that resembles the cohesion of the rich cultural and historical heritage of Azerbaijan with the modern life. Being the first operator in the country to introduce the 3G technology, Nar provides the customers with a wide 4G network coverage. Nar network currently covers 97,5% of the country population, providing high-speed service to over 2,3 million customers with more than 8,500 base stations.