Rus hərbçilərin sayı artırılmayacaq - Tonoyan

15:22 04-11-2019 90

Rusiyanın 102-ci hərbi bazası maddi-texnixi təminat və silahlanma baxımından modernləşdiriləcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Müdafiə naziri David Tonoyan deyib. O, bazanın hərbçilərinin sayının artırılmayacağını bildirib.

Qeyd edək ki, bundan öncə 102-ci bazanın hərbi potensialının iki dəfə artırılacağı açıqlanmışdı.