Şahbazyan Əmirovun incisi ilə ABŞ-da yarışa çıxdı – Video

15:23 04-11-2019 120

Nyu Yorkda “Medison skver qarden”də UFC 244 (Ultimate Fighting Championship) 500-cü turniri baş tutub.

Axar.az xəbər verir ki, turnirdə ABŞ Prezidenti Donald Tramp da iştirak edib.

Turnirdə həmçinin erməni əsilli amerikalı döyüşçü Şahbazyan iştirak edib. Açılış döyüşlərinə qatılan Şahbazyan qalmaqala yol verib. Belə ki, Şahbazyan döyüşünə çıxarkən əlində ABŞ və erməni bayraqları tutub, üstəlik, fonda isə Fikrət Əmirovun “Qarabağ Azərbaycanın incisi” kompozisiyası səsləndirilib. Bu musiqini ermənilər “Artsax” kompozisiyası deyə təqdim ediblər.