Bakıda ağır qəza: 1 nəfər öldü, 2 azyaşlı...

15:28 04-11-2019 125

Bakıda yol qəzası olub.

Axar.az xəbərinə görə, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.

Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, iki azyaşlı xəsarət alıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış 13:10-da daxil olub:

"Hadisə nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılara lazımi tibbi yardım göstərilir".