Ukraynada Kaluqa qəsəbəsinin sakinləri oliqarx icra başçısı Ziyəddin Əliyevdən şikayətçidirlər

17:20 04-11-2019 185

Araşdırmaçı jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində yenə Qubanın icra başçısı, oliqarx Ziyəddin Əliyevin Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluqa qəsəbəsindəki çəkdiyi yolun xaraba günə qalmasından yazıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır: "Şəkildə gördüyünüz yer Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluqa qəsəbəsidir. Yol çəkmək adı ilə xaraba günə qoyulub. Deyərsiniz, bizə nə dəxli var? 

FB_IMG_1572706659780

Məsələ burasındadır ki, Kaluqa qəsəbəsinin sakinləri bizim məmurlardan birindən, daha doğrusu Qubanın icra başçısı cənab Ziyəddin Əliyevdən şikayətçidirlər. Həmin Ziyəddin Əliyevdən ki, qubalıları ağ günə çıxarıb, indi İvano-Frankovsk əhlini ağ günə çıxarır. "

FB_IMG_1572706663226

Daha sonra araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edir: "7 milyon avroya Ukraynanın Nikolaevsk şəhərində asfalt zavodu açıb, sahibi olduğu "Alov Bud" şirkəti Kaluqa qəsəbəsində 600 metrlik asfalt döşənməsi ilə bağlı ƏDV xaric 4 milyon 249 min qrivnalıq (təxminən 171 min dollar) tenderi udub. Asfaltı çəkib, 7 il istismar qarantiyası verib, işin tamamından sonra ərazini xaraba qoyub. 

FB_IMG_1572706667063

İndi Kaluqa sakinlərli Ziyəddin müəllimin şirkətinin gördüyü işdən məhkəməyə şikayət ediblər, kommunikasiya xətləri, yol nişanları qırılıb, köhnə asfalt tullantıları yolun kənarına atılıb, təzə yol da göz qabağında...

(http://vikna.if.ua/news/category/kl/2019/10/28/103472/view)

FB_IMG_1572706670825

Sonda araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib: "Yeri gəlmişkən, son 2 il ərzində Ziyəddin Əliyev Ukraynada 51 dövlət satınalması və 50 tender üzrə müqavilə bağlayıb ki, bunların ümumi dəyəri 20 milyon dollara yaxındır. Bu barədə ayrıca yazacağam. Biz az çəkirdik bunlardan, bir də ukraynalılara yazıq oldu."

FB_IMG_1572706674629

FB_IMG_1572706679567