Baş bankirdən manatla bağlı – Mühüm açıqlama

17:27 05-11-2019 105

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 2020-ci ildə manatın məzənnəsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, E.Rüstəmov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, 2020-ci ildə qarşımızda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır.

O qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq:

“Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir”.