Nazir daha bir rəis təyin etdi

19:01 25-11-2019 80

16:55

Daşkəsən rayon Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

Report-un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis mayoru İldırım Əliyev təyin olunub.

İ.Əliyev Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi olmazdan əvvəl Şəmkir Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə köməkcisi vəzifəsində işləyib.

***

Polis mayoru Qoşqar Əliyev Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə rəis təyin olunub.

 xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Q.Əliyev buna qədər sözügedən şöbədə baş əməliyyat müvəkkili vəzifəsini tutub.