İcra başçısının müavini qonşularını təhqir etdi: “Pozğunların darvazasını çəkib...”

15:49 27-11-2019 175

Şirvan şəhər icra başçısının müavini Elmira Ağayeva əmlakı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yazıldığı qədər əmlakı yoxdur:

“Biz nə sərçə, nə də qaranquş deyilik ki, budaqda yaşayaq. Qadınam, amma gəl kişiyana danışaq. Yaşamaq üçün hərənin bir evi olmalıdır. Biri evin fotosu düzgün çəkilib, o oğlumun evidir.

1995-ci ildə alınmış torpağın içində tikilib. O, evin də həyətində oğlum qaloşla, rezin çəkmə ilə gəzir. Mənim iki oğlum var. Hazırda da onların himayəsində yaşayıram. Qonşuların darvazasını çəkmək hansı əxlaqa sığır?

Qonşuların, pozğunların darvazasını çəkib, niyə mənim olduğunu, hətta salam vermədiyim adamın darvazasını çəkib, mənim adımı qeyd edirlər. Orada lazer epilyasiya yazılan salonu oğlum Yaşar adlı şəxsdən aylıq 200 manata icarəyə götürüb. Oğlum ali təhsilli ola-ola 14 ildir işləmədiyi üçün icarəyə götürüb.

“Oba market” də mənim deyil, gəlinimindir. Kimsə tülkü kimi kiminsə ayağının altından keçibsə, kül o kişinin başına. O fotoları çəkən adam kameraya düşüb. Mən Şirvanda doğulub, yaşayan adamam. Mən balqabaq deyiləm.

“Karennoy” şirvanlıyam. Yeni başçımıza da bu məsələ ilə bağlı görüşüb, məlumat verdim. Mən həmişə dövlətə, xalqıma sözün düzünü demişəm. Həm iqtidarın, həm də müxalifətin sözünü demişəm. Düz mənim üçün həmişə düzdür”.