Olimpiya mükafatçılarımız Moskvada yarışacaq

16:12 27-11-2019 115

Noyabrın 29-30-da Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA kuboku keçiriləcək.

milletinsesi.info xəbər verir ki, ənənəvi yarışda ölkəmizi sərbəst güləşçilərimiz təmsil edəcək.

Baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (-57 kq), Hacı Əliyev (-65 kq), Hacımurad Hacıyev (-74 kq), Cəbrayıl Həsənov (-86 kq) və Şərif Şərifov (-97 kq) turnirdə qüvvəsini sınayacaq. 

Reqlamentə əsasən, noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi mübarizə aparacaq. Ertəsi gün isə “Lujniki” İdman Kompleksində müxtəlif ölkələrin güləşçilərindən ibarət komanda ilə Rusiya yığması qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycandan beynəlxalq dərəcəli hakim Həbib Nurulu yarışda ədaləti qoruyacaq.