Xalq artisti həyat yoldaşına, görün, nə hədiyyə etdi - VİDEO

16:00 28-11-2019 80

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşına həsr etdiyi "Şükür ola" mahnısına klip çəkdirib.

Publika.az xəbər verir ki, söz və musiqisi Fərid Kərimliyə məxsus olan klip "Caspian Media Holding"in istehsalıdır. Klipdə müğənni ilə bərabər modellər Marina Dar və Kənan Mehdi rol alıb. Klip yay aylarında Qubada lentə alınıb.

Qeyd edək ki, müğənni həyat yoldaşı Ədalət Hacıyevın doğum günü münasibətilə ona bu mahnını ərmağan etmişdi. O, sosial şəbəkədə mahnının sözlərini paylaşaraq "31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm".