Nigar Camal Elnarə Abdullayevanı tanımadı, Şəbnəmi isə ittiham etdi - Video

16:09 28-11-2019 90

 “Eurovision-2011”in qalibi Nigar Camal “Show News” verilişində qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, bir müddətt əvvəl problem yaşadığı həmkarı Şəbnəm Tovuzlunu saxtakarlıqda ittiham edib:

“Şəbnəm haqqında danışmaq istəmirəm. Onu “iqnor” etmişəm. Kimin nə etdiyi vecimə deyil. Saxtalıq etsin, lap Şaxta babalıq etsin. Mən öz həyatımı yaşayıram”.

Elnarə Abdullayevanın “Gəlin qayınananın sözünü həzm edə bilmirsə, şələ-küləsini yığıb atasının evinə getsin” fikrinə münasibət bildirən Nigar Camal xanəndəni tanımadığını söyləyib: “Qayınana sənin sevib, seçdiyin insanın anasıdır. Düz və ya səhvdirsə belə ona həmişə hörmət olmalıdır. Atasının evinə niyə gedir? Ondansa əvvəlcədən elə adamla evlənməsin. Sonradan problem çıxırsa həll etmək üçün yol tapılmalıdır. Çətin xasiyyəti varsa, yola ver getsin.

Fikri səsləndirən Elnarə Abdullayevanı isə tanımıram. O, kimdir? Elnarə Xəlilovanı tanıyıram. Yəqin üzdən tanıyaram. Tanımadımsa üzrlü sayın. Xanəndələrin çoxunu tanımıram. Ən sevdiyim xanəndələr Aygün Bəylər və Alim Qasımovdur”.