Kürdəmir rayon icra başçısı vəzifəsindən kənarlaşdırılır?

17:51 28-11-2019 155

Kürdəmir rayon icra başçısı vəzifəsi ilə vidalaşır. Belə bir məlumat yayılıb və ixa.az-a daxil olan xəbərdə bildirilir ki, rayonda ictima – siyasi, sosial vəziyyəti ağır günlərə salan Ceyhun Cəfərov başını itirib.

Vəzifədən tarixin arxivinə və ya həbsə düşə biləcəyini bilən rayon rəhbəri, yeznəsi Vidadi Zeynalovun aqibətini yaşamamaq üçün obyektlərini sataraq, ölkədən qaçmaq istəyir.

Kürdəmirdə və Yasamalda iri obyektlərin sahibi olan icra başçısının belə tələskənliyi və qorxusu səbəbsiz deyil. Çünki, icra başçı 90 faiz ilin sonuna qədər vəzifəsi ilə vidalaşacağı deyilir.

İcra başçısı ilə bağlı yuxarıların hərəkətə keçməsi Ceyhun Cəfərovun işinə xəyanətindən irəli gəlmdiyi bildirirlir, Ceyhun Cəfərov vaxtı ilə H, Əliyevin büstünə hörmətsizliyi, vahabilərlə işbirliyi, işçilərindən külli-miqdarda rüşvət alıb onların dünyasını dəyişməsinə səbəbkar oliqarx məmur hesab edilir.

Ceyhun Cəfərov icra başçısı təyin olunduğu vaxtdan etibarən mətbuatda ancaq neqativ əməlləri ilə gündəmə gəlib. Onun qanunsuz əməlləri, törətdiyi özbaşınalıqlar haqda qəzetlərdə, saytlarda çoxlu sayda yazılara rast gəlmək mümkündür. Hətta deyilənlərə görə, Ceyhun Cəfərov Kürdəmirin tarixini ən tamahkar icra başçısı kimi adını yazdırıb.

Mənbənin dediyinə görə, bütün bunlar onu göstərir ki, mümkün qədər vəsait toplayıb ölkəni tərk etməkdə Ceyhun Cəfərov həmişəkindən daha çox israrlıdır və o bunu ağına–bozuna baxmadan edir. Çünki icra başçısı başa düşüb ki, vaxtı itirmək olmaz, əvvəl -axır onu yaxın qohumu Vidadi Zeynalovun aqibəti gözləyir.

Başının üstünü qara buludlar alan Ceyhun Cəfərov işdən çıxarılaraq, həbs olunmaq təhlükəsi altında daima həyacanda qalmaqdansa, qaçıb getməyə üstünlük verməsi, yuxarıların nəzarətində olduğu da bildirilir. Yəni mal-mülkün təcili satışa çıxaran icra başçısının artıq qaçmağa yeri olmayacağı kəsindir.

Qarşı tərəfidə dinləməyə hazırıq. 

Mənbə ixa.az