Spikerlə deputat arasında mübahisə: İclası siz idarə etmirsiniz

15:32 29-11-2019 80

Bu gün Milli Məclisin iclasında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

milletinsesi.info-ın məlumatına görə, müzakirə zamanı deputat Elmira Axundova çıxış edib. 

O, Ombudsman Elmira Süleymanovanın fəaliyyətini təqdir edib, onu tərifləyib. E.Axundova çıxışını bitirdikdən sonra Milli Məclisin sədri Oqtay Əsədova “qoy deputatlar çıxış etsin” deyib. 
Bu zaman spiker Oqtay Əsədov ona cavab verib. 

“Elmira xanım, burada iclası siz idarə etmirsiniz. Özün danışırsan, özün də idarə edirsən”.