Milli Məclis parlamentin buraxılması məsələsinə bu tarixdə baxacaq

15:32 29-11-2019 65

Milli Məclisin növbəti iclası dekabrın 2-də keçiriləcək. 

milletinsesi.info-ın məlumatına görə, bu barədə Milli Məclis sədri Oqtay Əsədov parlamentin iclasında bildirib. 

İclasın gündəliyinə bir məsələ daxildir. 

O qeyd edib ki, iclas növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlıdır. 

Spiker deyib ki, Yeni Azərbaycan Partiyasının deputatlarının parlamentin buraxılması ilə əlaqədar müraciətinə baxılacaq. 

Aqşin Kərimov